Dərc edilib: 02-07-2021

https://www.nuh.az/29181-.html

82 yaşlı qadın kosmosa uçacaq

02.07.2021 09:12:54

LIVE

82 yaşlı amerikalı qadın pilot Velli Fank dünyanın ən varlı insanlarından olan Ceff Bezosun təşəbbüsü olan “Blue Origin”in kosmik gəmisinə fəxri qonaq olaraq dəvət edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Blue Origin”in “New Shepard” kosmik gəmisi iyulun 20-də kosmosa uçacaq.

82 yaşlı qadın kosmosa gedən ən yaşlı insan olacaq. Kosmik gəmidə V.Fankdan başqa, Ceff Bezos və qardaşı Mark Bezosun da olacağı bildirilir.

“New Shepard” kosmik gəmisi Qərbi Texasdakı bir düzənlikdən kosmosa uçacaq və uçuş təxminən 10 dəqiqə çəkəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib