Dərc edilib: 02-07-2021

https://www.nuh.az/29184-.html

Xruşov Stalindən oğlunun qisasını alıb? - Gizl

02.07.2021 15:27:07

Hadisə

Rəsmi veriyaya görə, Xruşovun oğlu 1943-cü ildə döyüşdə həlak olub, qeyri-rəsmi söhbətlərə görə isə, almanların tərəfinə keçərək, onlarla əməkdaşlıq edib. Sonra SMERŞ qrupu tərəfindən tutularaq, Moskvaya gətirilib və edam olunub.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Iosif Stalinin ölmündən sonra iki il SSRİ Nazirlər Sovetinin sədri olmuş Georgi Malenkovun nəvəsi, alim-biofizik, biologiya elmələri doktoru Andrey Malenkov hakimiyyət və Stalinin “varisliyi” statusu uğrunda gedən mübarizədən danışarkən, Nikita Xruşovun öz sələfi qarşısında dizin-dizin süründüyünü yada salıb.

Hadisə Nikita Xruşovun oğlu, hərbi təyyarəçi Leonid Xruşovun 1942-ci ildə sərxoş halda “Vilhelm Tell” oyunu oynayarkən (baş üzərinə qoyulan predmetə atəş açılması) başqa bir zabiti güllələməsindən sonra baş verib. Oyun zamanı o, tapança əvəzinə arbaletdən istifadə edibmiş.


“O zaman bu əməlin cəzası güllələnmə idi. Xruşov Stalinin yanına gələrək onun qarşısında dizi üstə sürünüb. Həm də bu, ikinci hadisə imiş və birincini ona bağışlayıblarmış”, - Andrey Malenkov deyir.

O bildirir ki, Kommunist Partiyasının 20-ci qurultayında Xruşov, Stalini öz “şəxsiyyətinə pərəstiş” mühiti yaratmaqda ifşa etməklə əslində oğlunun qisasını alıb.

Rəsmi veriyaya görə, Xruşovun oğlu 1943-cü ildə döyüşdə həlak olub, qeyri-rəsmi söhbətlərə görə isə, almanların tərəfinə keçərək, onlarla əməkdaşlıq edib. Sonra SMERŞ qrupu tərəfindən tutularaq Moskvaya gətirilib və edam olunub.

Georgi Malenkov SSRİ Nazirlər Sovetinə 1953-1955-ci illərdə başçılıq edib və İosif Stalinin ən real “varislərindən” sayılıb. Ancaq hakimiyyət uğrunda mübarizədə Xruşova uduzaraq, Kaqanoviç, Molotov və Şepilovla birlikdə anti-partiya fəaliyyətində ittiham olunaraq, partiyadan qovulub və bütün vəzifələri əlindən alınıb.


NUH informasiya agentliyi səhifəsindən çap edilib