Dərc edilib: 03-07-2021

https://www.nuh.az/29187-.html

Soyuducuda gördüklərim dövlət sirridir -OLMAZ

03.07.2021 00:33:27

Dünya
İsrail mistifikatoru Uri Geller son 50 ildə bəşəriyyətin yadplanetlilərlə təmasda olduğunu iddia edib. Gellerin iddiasına görə, MKİ (CIA) onun zəka üzərində nəzarət qabiliyyətlərinin təsdiqini əldə etdikdən sonra onu NASA-ya dəvət edib.
Qaynarinfo xəbər verir ki, Geller 1974-cü ildə Merilenddəki NASA bazasına dəvət edilib və onun sözlərinə görə, burada yad mədəniyyətlərin varlığını təsdiqləyən faktlar görüb.
74 yaşlı Uri Geller bazadakı seyfdə bir metal parçasının göstərildiyini bildirib. Onu götürüb və dərhal Yerə aid olmadığını anlayıb. NASA əməkdaşı Verner fon Braun onun haqlı olduğunu və bunun əslində bir vaxtlar Yer üzündə qəzaya uğramış bir UNO parçası olduğunu təsdiqləyib.
Uri NASA soyuducularının içini görəndə heyrətdən ağzının açıq qaldığını əlavə edib. Bununla birlikdə, o, faş edilməyən sənədlərə imza atdığından götürülənlər barədə danışmağa haqqının olmadığını vurğulayıb.
Geller deyib ki, əminliklə məlumat verə biləcəyi tək şey yad mədəniyyətlərlə uzun müddətli təmasımızın olduğudur.
Uri Amerika səlahiyyətlilərinin 144 mümkün UNO araşdırması hesabatına verdiyi reaksiyadan təəccübləndiyini bildirib. Onlar hələ də bunun nə olduğuna əmin deyillər. Əslində özləri dediklərindən daha çox şey bilirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib