Dərc edilib: 03-07-2021

https://www.nuh.az/29190-.html

Anastasiya ilk dəfə İslamı qəbul etməyinin səbəbini ..

03.07.2021 10:35:06

Maraqlı

İş qadını, model, teleaparıcı, eyni zamanda repçi Timatinin keçmiş sevgilisi Anastasiya Reştova ilk dəfə dinini dəyişməsinin səbəblərindən danışıb. 

Qaynarinfo xəbər verir ki, o, İnstaqramda canlı yayımda İslamı qəbul etməyə təkbaşına qərar verib.
"Mən hansısa kişiyə görə müsəlman olmadım. Bir şəxs özü belə bir qərara gəlməlidir, kənardan kiminsə köməyi ilə deyil. Mənim fikrimə gəldikdə, kimsə təsir edərsə, o qərar səmimi ola bilməz”, - 25 yaşlı aparıcı izah edib.
Reşetova bir neçə il əvvəl islam dinini öyrənməyə başladığını etiraf edib. İslamı qəbul etmək üçün son qərar çətin olsa da, model alkoqoldan tamamilə imtina etdiyini əlavə edib. Bundan əlavə, Anastasia ciddi şəkildə Quranı öyrənməyə başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib