Dərc edilib: 04-07-2021

https://www.nuh.az/29201-.html

Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

04.07.2021 18:59:52

LIVE

Ötən gün Rumıniya Prezidenti Klaus İohannisin imzaladığı sərəncamla Vasile Soare Rumıniyanın Azərbaycanda yeni səfiri təyin edilib. 

V. Soare 1999-cu ildən Rumıniya Xarici İşlər Nazirliyində çalışır. O, 2002-2008-ci illərdə ölkəsinin Qazaxıstanda, 2014-2020-ci illərdə isə Rusiya Federasiyasındakı diplomatik nümayəndəliyinə rəhbərlik edib.

Qeyd edək ki, Vasile Soarenin namizədliyi mart ayında Rumıniya Parlamenti tərəfindən də təsdiq olunub. 

Xatırladaq ki, cari ilin fevral ayının 22-də Rumıniya prezidenti Klaus İohannis ölkəsinin Azərbaycandakı səfiri Dan İancununun geri çağırılması haqqında sərəncam imzalayıb.

Səfir D. İancu 2016-ci ildən Rumıniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışırdı.

Prezident K.İohannisin imzaladığı sərəncamla Rumıniyanın daha 6 ölkədə səfirləri təyin edilib. //Bizim.Media

NUH informasiya agentliyi səhifəsindən çap edilib