Dərc edilib: 06-07-2021

https://www.nuh.az/29209-.html

“Noyabrın 9-nu “milli biabırçılıq günü” kimi qeyd edək”

06.07.2021 01:17:34

Dünya

“Bir vaxtlar dövlətimiz var idi, konstitusiya gününün bir mənası var idi, qeyd etməyimizin mənası var idi. 2018-ci ildən etibarən bu tarixi qeyd etmək mənasızlaşdı”.


“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan feysbuk səhifəsində paylaşımında yazıb. 

“Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək? Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”, - deyə Zakaryan yazıb.

O, ölkəsinin bayram günlərini matəm günləri kimi qeyd etməli olduğunu məsləhət görüb: “Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib