Dərc edilib: 06-07-2021

https://www.nuh.az/29212-.html

Tatar: Əks halda Kipr yunan adasına çevriləcəkdi

06.07.2021 08:44:37

LIVE

1974-cü il Kipr hərəkatı olmasaydı, böyük ehtimalla Kipr yunan adasına çevriləcəkdi.


Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ərsin Tatar deyib.

“1974-cü əməliyyatı ilə bunun qarşısı alındı. Kiprin bərabər hüquqlara malik iki xalqından biri – türk xalqı öz dövlətini yaratdı. Şərqi Aralıqda həm Şimali Kipr Türk Cümhuriyyətinin, həm də Türkiyənin sahil təhlükəsizliyi önəmli rol oynayır. Bu mənada bizim varlığımız da Türkiyənin dəstəyinə bağlıdır”, - deyə Tatar bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib