Dərc edilib: 06-07-2021

https://www.nuh.az/29213-.html

Rövşən Lənkəranskinin qardaşı danışdı

06.07.2021 10:59:38

LIVE

“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.

 


Bu sözləri Unikal.org-a açıqlamasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib. O, “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfər dünən Bakırköy məhkəməsinə çıxarılıb.  Şübhəlilər N.A., C,K., E.A. və M.Y. barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Türkiyə mediasının iddiasına görə, Namiq Canıyev də axtarışa verilib.

Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı ildə, “Lotu Quli” isə 2020-ci ildə qətlə yetirilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib