Dərc edilib: 07-07-2021

https://www.nuh.az/29223-.html

“Mənə avtomat verin, dənizi hasara salan harınlamış məmurları qırım…”

07.07.2021 08:47:27

Reportaj

“Elə bil dəniz bunlara dədələrindən qalıb, bura Allahın torpağıdır. Mənim deməyimə, sizin yazmağınıza baxan varmı, yox. Bunlara kimin gücü çatar?!”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov dənizi hasara salan harınlamış məmurların heç kimin sözünə məhəl qoymadığını bildirib:
 
“Mənə bir avtomat alın, dənizi qanunsuz hasara salan bu harınlamış məmurları qırım. Elə bil dəniz bunlara dədələrindən qalıb, bura Allahın torpağıdır. Mənim deməyimə, sizin yazmağınıza baxan varmı, yox. Bunlara kimin gücü çatar?! Mən də bu məsələni qınayıram. Deputatlarımız bu məsələni Milli Məclisdə qaldırıb, problemi həll etsinlər. Çimərlik xalqındı, məmurlar hərəsi orda bir restoran açıb. Elə bil dədələrinin mülküdür.
 
Hər il yay mövsümü zamanı çimərliklərin oliqarx məmurlar tərəfindən hasara alınması problemi gündəmə gətirilir. İllərdir ki, haqqında danışdığımız bu problem həllini tapmır ki, tapmır. İcra Hakimiyyətlərinin hünəri çatmır ki, bir ekskavator göndərib dənizi qanunsuz hasara salan harınlamış məmurların hasarlarını yerlə-yeksan etsin. Amma kasıbın biri özünə bir daxma qaralayanda hamı ora tökülüb tikilinin qanunsuz olduğunu iddia edir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib