Dərc edilib: 07-07-2021

https://www.nuh.az/29225-.html

Şəkidə XANın qəbri açıldı, SKELETİ...FOTO

07.07.2021 14:42:16

LIVE
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.
O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:
"80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq”.
Xatırladaq ki, Məhəmmədhüseyn xan Müştaq 1759-1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib