Dərc edilib: 08-07-2021

https://www.nuh.az/29239-.html

Xaricdən qızıl külçələr gətirən şirkət rəhbəri azadlığa buraxıldı

08.07.2021 23:32:48

Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsidə 2 milyonluq dələduzluqda ittiham edilərək həbs edilən “AzGold” şirkətinin rəhbəri Müşfiq Muxtarovun məhkəməsi keçirilib.


“Qafqazinfo” xəbər verir ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Ötən iclasda prokurorun 11 il azadlıqdan məhrum edilməsini istdiyi M.Muxtarova hökm oxunub.

Hökmə əsasən, Müşfiq Muxtarova bərabət verilib bə məhkəmə zalından azadlığa buraxılıb.

İttihama əsasən, Müşfiq Muxtarov “AzGerneft” MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adıyla üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.

Lakin ÇMuxtarov bildirib ki, Loğman Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat pul verib, bunun müqabilində də 200 min qazanc götürüb: “Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursuyla hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.

Müşfiq Muxtarov 2020-ci ilin sentyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib