Dərc edilib: 10-07-2021

https://www.nuh.az/29262-.html

Ramin Hacılı həbs edildi

10.07.2021 16:33:17

LIVE

Aktivist Ramin Hacılı həbs edilib.


"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi özəl məlumata görə, R. Hacılı Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmişdi, 2019-cu ildə isə azadlığa buraxılıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib