Dərc edilib: 10-07-2021

https://www.nuh.az/29265-.html

Verdiməhəmmədov oğlunu Baş nazirin müavini təyin etdi

10.07.2021 17:22:26

LIVE

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarın ölkənin Baş nazirinin müavini təyin edilməsi barədə sərəncam imzalayıb.


“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, o, Baş nazirin Maliyyə və İqtisadiyyat məsələləri üzrə müavini vəzifəsini icra edəcək. 

Məlumata əsasən, ölkə Prezidentinin digər bir sərəncamı ilə Sərdar Berdiməhəmmədov Türkmənistanın Ali Nəzarət Palatasının sədri vəzifəsindən azad edilib və Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb.

Bundan başqa, o, Türkmənistanın Ölkələrin iqtisadi şurasındakı nümayəndəsi də olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib