Dərc edilib: 10-07-2021

https://www.nuh.az/29266-.html

Ukraynanın hərbçi gözəllərinin dikdabanları qalmaqal ...(FOTOLAR)

10.07.2021 20:10:03

Mədəniyyət
Ukrayna silahlı qüvvələrinin forması ilə bağlı qalmaqal yaşanıb. 

Qaynarinfo xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi 24 avqustda Müstəqillik Günü paradının məşqinin bir fotosunu yayımladıqdan sonra dikdaban ayaqqabıda hərbçi qızların (onlar hələ kursantdır) addımlaması süngüylə qarşılanıb. Əvvəlcə sosial şəbəkələrdəki şəkillərin altında qadınların bu cür ayaqqabılarda "dəfilə” göstərişinin əlverişsiz olduğu və bunun cinsi ayrıseçkilik olmasıyla bağlı şərhlər yazılıb - axı digər Qərb ölkələrində heç kim hərbçi qadınları rahat bot-ayaqqabılardan məhrum etmir.
Sonra Zelenskinin "Xalqın Xidmətçisi” partiyasının millət vəkili xanım Bardina deyib: Ukrayna Müdafiə Nazirliyi kursantların parad imicini yenidən düzəltməyə və onları hərbi çəkmələrə çevirməyə hazırdır. Hiddətlənmiş millət vəkilləri hətta Müdafiə naziri Andrey Tarana simvolik ayaqqabılar veriblər. O isə qızların özlərinin də parad üçün dikdaban ayaqqabıda addımlamaq istədiklərini deməklə özünə haqq qazandırıb.
Rusiya mediası yazır ki, Qərb mətbuatı məşqin dikdaban ayaqqabılarla şəkillərinə gülməyə başladıqdan sonra Taran geri çəkilib. Tənqid olunan dizaynda ayaqqabıların 2017-ci ildə qadınların hərbi geyim formasının bir hissəsinə çevrildiyini və o vaxtdan bəri xeyli köhnəldiyini, kursantların həqiqətən bu cür ayaqqabıların ayaqlarından çıxmasından şikayətləndiyini bildirib. Nəticədə, paradda qızlar ayaqqabı bağı olan dikdaban çəkmələr geyinəcəklər. Ukraynalı hərbçilərin ayaqqabılarının metamorfozunun fotolarını yayımlayırıq – ancaq demək lazımdır ki, nə cür ayaqqabı geyinirlər-geyinsinlər, şəkillərdəki qızların çoxu gözəldir, - deyə rus mətbuatı qeyd edib.
Alpər

NUH informasiya agentliyi səhifəsindən çap edilib