Dərc edilib: 11-07-2021

https://www.nuh.az/29269-.html

İcra hakimiyyəti 3 ildir pulumu geri qaytarmır - Rəsmi

11.07.2021 00:28:41

Maraqlı

Gədəbəydə fermerçiliklə məşğul olmaq üçün yaylaq icarəyə götürmək  qərarına gəldim. Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etdim. Yaylaq icarəsi üçün icra hakimiyyətinin Nicat Əliyev adlı əməkdaşı məndən 4600 manat pul aldı. 3 ildir ki, nə pulumu qaytarırlar, nə də yaylağın sənədini verirlər.

Bunu Gədəbəy sakini,  fermer Eşqin Rüstəmov Anews.az-a göndərdiyi şikayət məktubunda bildirir.

Eşqin Rüstəmovun şikayət məktubunu olduğu kimi təqdim edirik:
"İllərdi fermer kimi fəaliyyət göstərirəm. Dövlətim, millətim bacardığım yaxşılıqları etmişəm. Cənab prezidentin siyasətinə daim sadiq adamam. Lakin regionlarda ölkə başçısının siyasətini məhv edən adamların özəl qanunlarından çox əziyyət çəkirəm. Təsəvvür edin, cənab prezident regionların inkişafı üçün çox təqdirə layiq addımlar atır. Sahibkarlar, fermerlər üçün şəffaf mühit yaradır, büdcədən pul ayırır. Buna baxmayaraq, bəzi antimilli ünsürlər cənab prezidentin regionlarla bağlı siyasətinə kölgə salır.
 
Gədəbəydə dağ ərazisində heyvan sürüsü saxlamaq üçün dağ icarəyə götürmək istədim.  Gədəbəy rayon icra hakimiyyətinə müraciət etdim. Dağlarla bağlı məsələ icra hakimiyyətində Nicad Əliyevin kurasiyasında olduğunu bildirdilər. Nicat müəllimlə görüşdüm. Bildirdi ki, dağların bir hektarın cənab başçı 15 manat icarəyə verir. 300 hektar yer üçün məndən 4500 manat və əlavə olaraq da 100 manat aldı. Yekun olaraq 45 quzu sataraq  4600 manat pul vemişəm. 3 ildir ki, nə pulumu geri qaytarırlar, nə də dağın sənədini verirlər. Tələb edən kimi də vəzifədə olan qohumlarımı işdən azad etməklə hədələyirlər.
Dəfələrlə birinci müavin Natiq Nağıyevə bildirmişəm ki, ya pulumu, ya da sənədimi verin. Natiq müəllim bildirib ki, sənin pulun mənim seyfimdədir. Narahat olma yoluna qoyacayıq. Təəssüf ki, 3 ildir yoluna qoyulmur. Bir müddət sonra sənədlərin Əmlak Komitəsinə getdiyi bildirdilər. Komitə də 2 min manat istədiyini bildirirlər.
Deyim ki, mən tək deyiləm. Eyni mənim kimi 26 fermerdən pul alıblar və sənədlərini vermirlər.
Məsələ ilə bağlı qarşı tərəf olan Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Əliyevin fikirlərini öyrəndik. O anews.az-a açıqlamasında bildirdi ki, şikayətçi olan Eşqin Rüstəmovdan heç bir vəsait almayıb. Həmin şəxsin iddiaları böhtan xarakteri daşıyır. 
 
Nicat Əliyev onu da bildirdi ki, həmin şəxs hazırda Azərbaycandan qaçıb və yaxın zamanda onun nüfuzuna xələl gətirdiyi üçün məhkəməyə veriləcək. 
 
 








NUH informasiya agentliyi səhifəsindən çap edilib