Dərc edilib: 11-07-2021

https://www.nuh.az/29270-.html

Özünü öldürən POLİS rəisinin Avropadakı 2 MİLYON avrosu...ŞOK

11.07.2021 01:44:13

LIVE

Rusiya Federasiyasının  Perm vilayətinin Solikamsk şəhərində meşə ağaclarının emalı, taxta istehsalı-satışı sahəsində genişmiqyaslı  sahibkarlıq fəaliyyəti ilə məşğul ola hacı Teymur Qurbanov NUH.az-a yazır: 

 

 

Bir neçə  il əvvəl  Şərur  rayonunun Xok  kəndindən olan tanışım   Məmmədov Cabbar Məmməd oğlu bizi ailəlikcə Bakı şəhərinə öz oğlunun toyuna  dəvət etmişdi. O,  toy məclisində  bizi  DİN-də yüksək vəzifə tutan qohumu Rahib Mirzəyevlə tanış etdi və bildirdi ki, Rahib Mirzəyev general-mayor Sahib Mirzəyevin qardaşıdır.

 

Toyun səhəri  günü  Rahib Mirzəyevlə Cabbar Məmmədov  məni   ailəlikcə  evə  qonaq dəvət edib  ailələri ilə  tanış  etdilər, aramızda  inam-etibar yarandı.

 

Söhbət  əsnasında  Rahib Mirzəyevlə  Cabbar Məmmədov  “Avropa  bankında”  iki miyon avro  pulları  olduğunu və taxta alverinə qoşulmaq istəklərini  bildirdi və  şərikli işbirliyi qurmağı təkidlə  təklif etdilər. Hətta  onların arvadları da söhbətə qoşularaq bizə razılaşmağı təkidlə xahiş  edirdilər. Mən Rahib Mirzəyevin DİN-də çalışmasını, qardaşının general olmasını nəzərə alıb razılaşdım. Və  Rusiyaya qayıdan kimi  vaqonlarla  taxta  materiallarını  Azərbaycana - Rahib Mirzəyevlə  Cabbar Məmmədova   yollamağa  başladım. 

Ancaq sonda  Rahib Mirzəyev və Cabbar Məmmədov mənə  3 milyon dollar atdılar. 

 

Qeyd  edək ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev iki gün öncə  səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib