Dərc edilib: 11-07-2021

http://www.nuh.az/29272-.html

Xəzərdə qəzaya uğrayan UNO, ölü və yaralı...ŞOK

11.07.2021 03:33:16

LIVE
1999-cu ildə Moskva meri Yuri Lujkov, keçmiş baş nazir Vladimir Çernomırdin Bakıya səfər edirlər. Səfərlərin gedişində aparılan danışıqların mövzusundan biri də Xəzər üzərində qəzaya uğramış, içindən bir yaralı, digəri ölü çıxan Uçan Naməlum Obyektin (UNO) onlara verilməsi olur.

Qeyd edim ki, qəzaya uğrayan UNO ilə bağlı hadisə video lentə alınır və görüntülərdə əks olunan yadplanetlinin boyu 132 sm-dir. Xarici görünüşcə insana bənzərliyi olsa da, boynu çox qısa, gözləri yumrudur. Baş nahiyyəsində saç yoxdur. Burun kiçik bir dəlikdən ibarətdir. Yadplanetlinin ağzı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyi rəngdə, büzüşmüş haldadır. Bütün bədəni incə mavi kapilyarlarla örtülüb. Görüntülərdə yadplanetlinin üzərində olan və elmə məlum olmayan maddədən ibarət geyim yanmış formada olur.
Məhz bu məqsədlə Bakı aeroportuna içərisində 6 MİQ qırıcısı olan ”Ruslan" təyyarəsi göndərilib. Bu təyyarələrin UNO ilə dəyişdirilməsi təklif edilir. Lakin Azərbaycan tərəfi buna yox deyir. İki gün sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Amerika Kosmik Agentliyinin nümayəndələri Bakıda keçirdikləri görüşdən sonra Nasosnu adlanan aviabazaya Amerikanların hərbi yük təyyarəsi enir və onlar UNO-nu özləri ilə aparılar. UNO uğrunda Rusiya, Fransa və hətta Türkiyənin xahişlərinə baxmayaraq Amerika tərəfi Azərbaycandan qalib ayrılr. Əvəzində isə....iki hərbi kater və digər yardımlar Azərbaycana təhvil verilir...



Lakin bir neçə həftədən sonra bu informasiya sönməyə başladı və hətta bəzi insanlar bu xəbərə gülməyə başladı. Hətta alimlər və efirə çıxan mütəxəssislər bunun hansısa media orqanının yumoru kimi qeyd edirlər.
2003-cü il. Suraxanı. Amerikadan gələn NASA əməkdaşları burda görüş keçirilər. Görüşün ardından UNO-lardan birinin burda onlarla görüşü planmaşmış idi. Bu məqsədlə ətraf hamısı izolə edilir. Lakin...UNO-eniş etmir. Abşeron yarımadasının Nardaran – Pirşağı qəsəbələrində görüş təyin edilir. Lakin yenə UNO eniş etmir. Bir neçə gün Bakıda qalan NASA əməkdaşları kor peşiman geri qayıtmalı olurlar. İndi isə daha ətraflı
UNO-ların Azərbaycan səmasında və ərazisində görünməsi barədə ilk mənbə XVII əsrə aiddir. Yazılı mənbələrdə göydən alov saçan əşyaların Şamaxı, Suraxanı, Mərəzə, bu günkü Sumqayıt, İsmayıllı, İmişli və digər ərazilərdə görünməsi barədə qeydlər var. Azərbaycan sovet işğalından sonra bu barədə bütün məlumatlar Dövlət Təhlükəsizliyi xidmətinin nəzarətinə keçir və informasiya boşluğu yaranır. Xəzər dənizinə UNO-ların marağının kökləri hələ XIX əsrə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətdən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.
1950-ci illərdən etibarən neft yataqlarının mənbələrinin öyrənilməsi bəhanəsi ilə O.Şmid adına SSRİ E.M. Yerin Fizikası İnstitutunun əməkdaşları daima "Xəzər əjdahası"nı müşahidə ediblər. Lakin informasiya geniş surətdə 1955-ci ildə ABŞ senatoru Riçard Rassel Suraxanı rayonuda olarkən burada UNO-nu müşahidə etməsindən sonra dünyaya yayılər. Bundan sonra ABŞ casusları bu rayonu izləməyə başlayırlar və o amerikalılar tərəfindən "Xəzər əjdahası" adını alır.
XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə dəfələrlə naməlum obyektlər müşahidə olunub. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər. Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilib. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tadqiq olunur.
Alimlərin fikrincə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı enerjidoldurma məntəqəsi kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin olduğunu da deyirlər.
Azərbaycanın yadplanetlilər üçün maraqlı olması həm də Yer kürəsinin hərəkətliliyini tənzim edən enerji mərkəzlərindən birinin Xəzərin təkində və Abşeron yarımadasının altında olması ilə izah edilir.
12 iyun 1999-cu il. Səhər saat 5 radələrində Xəzər üzərində UNO peyda olur. Dəqiq konturlara malik olan UNO işığın bir neçə qatının fokusunda özünü büruzə verirmiş. Ufoloq Fuad Qasımov həmin vaxt bəyan etmişdi ki, Azərbaycanda bəzi ərazilər UNO-lar üçün "xoşa gəlimli”dir. Bu ərazilər Abşeronda -Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir. Bundan başqa, UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır.
2003-cü ilin mayında UNO Bakı şəhəri üzərində görünməyə başladı və bunu şəhərin çoxsaylı əhalisi müşahidə etdi. Qeyd etmək lazımdır ki, 2002-ci il iyulda işıq sönən zaman və 2003-cü il mayda Bakıda 16-30 arası UNO müşahidə olunmuşdur!
Keçmiş SSRİ KQB-sinin xüsusi şöbəsinin sabiq əməkdaşı, ehtiyatda olan mayor Vasili Kuzminıx iddia edir ki, Azərbaycan əraizisində xidmətdə olarkən nəhəng ölçüdə naməlum obyekt görünüb. “"Azərbaycanda xidmət edərkən mən UNO gördüm. Bizim hissənin üstündən obyekt keçdi. Onun diametri... Təyyarəçilər müxtəlif rəqəmlər səsləndirirdilər. Həmin vaxt paralel kurslarda uçan pilotlar onu uzaqdan görmüşdülər, deyirdilər ki, diametri 800 metrə yaxındır. Amma yaxınlıqdan uçanlar bildirirdilər ki, stadion boydadır, hardasa 80 metr. Sadəcə qaz işığına bənzəyən mavi rəngli şar.”

Davamı olacaq
-Azərbaycandan kim UNO-larla görüşdə iştirak edib?
-Azərbaycanda hansı xüsusi mərkəz məhz bu əlaqələri tənzimləyir?
-UNO-ların bizi qorumasında Azərbaycanda hansı abidələrin tarixi əhəmiyyəti rol oynayır?
- Yaralı UNO-dan tapılan yadplentli ilə ünsiyyətə hansı qurum girib?
-UNO-verilməsə Azərbaycanda zələzlə törədəcəyini hansı dövlət hədə-qorxu gəlib?
Və daha çox məlumatlar...


Dosent Zaur ƏLİYEV

NUH informasiya agentliyi səhifəsindən çap edilib