Dərc edilib: 12-07-2021

https://www.nuh.az/29289-.html

Moldovada MAYA xanım qələbə çaldı

12.07.2021 15:09:40

LIVE

Xəbər verdiyimiz kimi, iyulun 11-də Moldovada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə “Fəaliyyət və həmrəylik” partiyası liderlik edir.


“Qafqazinfo” ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, seçkilərdə əsas rəqabət Moldovanın cari Prezidenti Maya Sandunun əvvəllər rəhbərlik etdiyi “Fəaliyyət və həmrəylik” partiyası ilə ölkənin keçmiş Prezidentləri - İqor Dodon və Vladimir Voroninin başçılıq etdiyi “Kommunistlər və sosialistlərin seçki bloku” arasında aparılıb.

Komissiya bildirir ki, seçki məntəqələrinin 97.30 %-nin səslərinin hesablanmasına görə, “Fəaliyyət və həmrəylik” partiyası səslərin 48.39 %-ni, “Kommunistlər və sosialistlərin seçki bloku” isə 29.23 %-ni toplayıb. “Şor” partiyası isə 6.15 % səs toplaya bilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib