Dərc edilib: 13-07-2021

https://www.nuh.az/29299-.html

Bakıda 16 yaşlı yeniyetmə anasını söyən kişini öldürdü

13.07.2021 08:13:01

Kriminal

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

 

NUH.az   xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. ( APA )

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib