Dərc edilib: 13-07-2021

https://www.nuh.az/29308-.html

Reket bloger Ata Abdullayevin həbs müddəti uzadıldı

13.07.2021 23:14:59

LIVE
Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

NUH.az    APA-ya istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib, A.Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib