Dərc edilib: 14-07-2021

http://www.nuh.az/29314-.html

Şəhidin iki yaşlı qızı NUR vəfat etdi (FOTO)

14.07.2021 23:37:16

Dünya

Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib. Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb.
Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri onun orqanizminə uyğun gəlməyib.
Dünən 2 yaşlı Nur dünyasını dəyişib və şəhid atasının məzarı yanında dəfn edilib.
Şəhid Orxan Əliyevin Nurdan başqa, 8 yaşlı oğlu Məhəmməd və 7 yaşlı qızı Yağmur ondan yadigar qalıb.
Qeyd edək ki, Orxan Əliyev Prezidentin sərəncamı ilə "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib