Dərc edilib: 16-07-2021

https://www.nuh.az/29325-.html

İlqar Ramananı özəlləşdirib – Adil Vəliyevin diqqətinə

16.07.2021 01:23:41

Reportaj

Sabunçu rayonu, Südçülük Ramana ərazisində torpaqların sənədsiz satıldığını eşidib əraziyə baş çəkmək qərarına gəldik. Həqiqətənmi, deyildiyi kimidir?

Qeyd edək ki, ərazi bir vaxtlar məcburi köçkünlər üçün tikintisi nəzərda tutulan, 44 günlük müharibədən sonra şəhid ailələrinə verilən binaların yanında yerləşir. Bildirilir ki, əvvəllər bu ərazi boş sahələr olub. Lakin binaların tikintisindən sonra ətrafda fərdi yaşayış evlərinin tikintisinə başlanılıb. Bundan istifadə edən bəzi şəxslər isə, qanunsuz olaraq torpaq satışını həyata keçirir. Belə şəxslərdən biri də İlqar adlı şəxsdir. Belə ki, İlqar yaşayış binasına yaxın böyük bir ərazinin ona məxsus olduğunu iddia edərək, müxtəlif yollarla müştərilər əldə edir və iddia etdiyi ərazini hissə-hissə satır. Əvvəllər bir sotunu 1500 manata satışa çıxaran İlqar hazırda torpağın sotunu yerindən asılı olaraq 2500-3000 manata təklif edir. Ona bu işdə isə bir neçə ev alqı-satqısı ilə məşğul olan ofislər kömək edir. Daha doğrusu müştəriləri onlar vasitəsilə əldə edirlər. Torpaqla maraqlanan müştərilərə isə şirnikləşdirici vədlər verərək, torpağın tikintisi ilə bağlı hansısa narazılıq olmadığını iddia edərək inandırmağa çalışırlar. Hətta onlarla vətəndaşa belə torpaq satılıb, lakin sonradan həmin şəxslərin öz pulunu geri aldıqları da bildirilir. O da qeyd olunur ki, bir çox müştərilərin narazılığındna sonra İlqar və onunla birgə fəaliyyət göstərən şəxslər hüquq-mühafizə orqanları tərəfindən də dindiriliblər.

KivNews.com xəbər portalı olaraq İlqarın ərazisi kimi tanınan yerdə olarkən şahidi olduq ki, bəzi hasarlama işləri görülüb. Hətta bəzi yerlərdə işarələr də qoyulub ki, kimsə oranı zəbt etməsin.

Maraqlıdır ki, kənd təsərrüfatı təyinatlı və heç bir sənəd ortaya qoyulmayan torpaqlar necə satılır? Bu barədə qısa araşdırma aparmaq qərarına gəldik. Ətrafda olan şəxslərin sözlərinə görə, bu işdə İlqar adlı şəxs tək deyil və ona “qorxma arxandayam” deyən şəxslər var. Maraqlıdır yerli sakinlər hörmətli şəxslərin adını hallandırırlar. Bildirilir ki, kimsə İlqardan torpaq almadan (İlqar satdığı torpaqlara isə 99 illik icarə müqaviləsindən Etibarnamə verdiyi deyildi) hansısa ərazidə tikinti aparmaq istəsə, o zaman işləri dayandırılır. Tikinti işlərinin davam etməsinin isə ən yaxşı yolunu, növbəti məqaləmizdə açıqlayacağıq. Lakin onu bildirək ki, Ramana icra nümayəndəliyi və bələdiyyə qanunsuz tikililərə qarşı mübarizə aparmaqdadır.

Sonda qeyd edək ki, ərazidə qanunsuz ərazi zəbt edilməsi halları da yaşanır. Və bu işdə şəhid və qazi adından da istifadə edilir. O şəxslərlə bağlı da, araşdırmamız davam etməkdədir.

Ülvin Əsədov

KivNews.com

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib