Dərc edilib: 17-07-2021

https://www.nuh.az/29331-.html

Qadınların dar geyimləri kişilərdə prostat xərçəngi.."- Akademik

17.07.2021 10:32:22

LIVE

Akademik: “Qadınları lütləndirən moda etnosları, xüsusən Avropa xalqlarını depopulyasiyaya (məhv olmağa) aparır...”
 
“Kişilərdə cinsi şəhvət oyandıran qadın cazibədarlığının modalı nümayişi "cinsi stres" yaratmaq kimi qəbul edilə bilər...”
*** ***
“Nəticədə tez-tez həyəcanlanan, lakin narazı qalan kişi orqanizmi içəridən belə bir kanserogen, dağıdıcı bir hücuma məruz  qalır və bu da onkoloji sonluğa səbəb olur...”
*** ***
Mərhəmətli və Rəhimli Allahın adı ilə! Hər bir səmavi din qadınları örtünməyə, abır-həyalı olmağa çağırır. Amma dindar və ilahiyyatçılar bu barədə danışanda başqa, alimlər isə başqa fikirlər söyləyir.  Fəqət artıq dinlə əlaqəsi olmayan bir sıra  tibb alimləri və tədqiqatçılar da qadınların hicabsızlığıyla  son onilliklərdə ildən-ilə artan və cavanlaşan prostat adenoması(şişi), xərçəngi s. kişi xəstəliklərinin çoxalması arasında əlaqədən bəhs edirlər...
 
Moderator.az transakt analiz istiqamətində məsləhətçi-psixoloq, təlimçi (fərdi inkişaf treninqlərinin aparıcısı), Almatı Transakt Analiz Assosiasiyasının üzvü Asya Qagiyevanın  akademik-həkim, Rusiya Kulturoloji İnstitutunun baş elmi işçisi Leonid Aleksandroviç Kitayev-Smıkınlə qadın çılpaqlığının kişilərin sağlamlığına təsiri haqda İslam saytlarında dərc olunmuş söhbətinin tərcüməsini təqdim edir:
 
 “Akademik Kutayev-Smıkin:
 
-Son onilliklərdə adenoma (xoşxassəli şiş) və prostat xərçəngi xəstəlikləri Avropa-Amerika sivilizasiyası ölkələrində bir epidemiya kimi kişiləri  məhv edir. XXI əsrin əvvəllərində kişilərin  40-%-dən çoxunda artıq bir adenoma olduğu və 40 yaşdan yuxarı olanlarda isə  bu nisbətin 50 %-ə qalxdığı müəyyən edilib. ABŞ-da patoloq-anatomlar 60 yaşından sonra ölən kişilərin 80 %-də prostat xərçəngi aşkar ediblər. Başqa sözlə, həmin  kişilərdən bir çoxu bu xəstəliyin faciəvi təzahürlərini görənədək, sadəcə, yaşamayıb. Ancaq paradoks: qadınların əksəriyyətinin hicablı olduğu müsəlman ölkələrində kişi onkologiyasında belə bir artım yoxdur!..  
 
-Bəs hansı səbəbdən? Axı görünən odur ki, Qərb ölkələri daha çox inkişaf etmiş tibb və ümumiyyətlə, daha yüksək həyat səviyyəsinə malikdirlər...  
 
-Mən bu mövzuda belə bir nəticəyə gəlmişəm. Bir "istehlak cəmiyyəti" nin(məqsədin ancaq yeyib-içmək, şəhvət, şöhrət instinklərini doyuzdurmaq olduğu-S.L.)hökm sürdüyü ölkələrdə, son onilliklərdə qadınların cazibədarlığını, elmi dillə desək, bir qadının ikinci dərəcəli cinsi xüsusiyyətlərini vurğulayaraq  nümayiş etdirən geyimləri normaya çevrilib.  Lüt qadınların qarın və göbəkləri onlardan aşağıda olanların rəmzi olaraq təlqin edilən bir gündəm halına gəlib. Dar cins şalvarla örtülmüş yumru formalar və getdikcə daha çox açıq sinə-boyun xətti də kişiləri cazibədar bir şəkildə qıcıqlandırir... Buna bir həkim, fizioloq kimi baxıram: bütün bunlar kişilərdə şəhvəti oyadan cinsi siqnallardır... Orta hesabla, bir şəhərli kişi gündə 100-200 dəfə bu cür "siqnalları" görür  və  bunun reallaşması alınmayanda ehtirası şüuraltına yeridilir. Kişi bunu bilməsə də, ancaq onun qanında androgen(kişi cinsi) hormonları yaranır. Fəqət prosesi başa düşmək üçün açar məhz budur! Androgenlər qana çox miqdarda (yəni onkoloji cəhətdən təhlükəsiz) deyil, kanserogen olan orta dozada daxil edilir. Nəticədə tez-tez həyəcanlanan, lakin narazı qalan kişi orqanizmi içəridən belə bir kanserogen, dağıdıcı bir hücuma məruz  qalır və bu da onkoloji sonluğa səbəb olur...
 
- Bağışlayın,  üzr istəyirəm, amma bu məntiqə görə belə çıxır ki, hər hansı bir cinsi oyanma  mütləq  cinsi əlaqəyə səbəb olmalıdır? 
 
- Bəli, bu təbiətə xas olan mexanizmdir. Bir kişi və bir qadın arasındakı  əlaqə cinsin çoxalması üçün bir vasitədir və bədən üçün faydalıdır. Buna görə də din evliliyi və normal ər-arvad əlaqələrini təşviq edir. Fiziologiyanın aydınlığı və anlaşılması üçün heyvanların həyatından bir nümunə gətirəcəyəm. Dişi heyvan instinktiv olaraq həyat qabiliyyətli nəsil çoxaltmağa daha qadir olan ən yaxşı erkəyi axtarır və eyni zamanda ən zəif erkəkləri rədd edir. Ancaq həmin rədd olunmuş erkəklərdə dişilərə qarşı olan şəhvət hissi hələ də qalır ... O, doymur və yatırılmır ... Odur ki,  o erkəklərin qanındakı androgenlərin miqdarı orta dərəcədə yüksək, yəni onkoloji cəhətdən təhlükəli olur. Onlar zamanla potensialarını itirir, sonra isə bədənlərində xərçəng şişi yaranır. Zəif, "pis" erkəklər bu mexanizmlə rədd edilir… Elmdə isə hazırda oxşar proseslərin insanlarda da baş verdiyinə dair məlumatlar toplanır. Odur ki, kişilərdə cinsi şəhvət oyandıran qadın cazibədarlığının modalı nümayişi "cinsi stres" yaratmaq kimi qəbul edilə bilər. Bu səbəbdən organizmdaxili "cinsi rəddolunma" kompleksi işə salınır ki, bu da impotensiya və hətta xərçənglə nəticələnir… 
 
- Budur, Qərbin zəngin və inkişaf etmiş xalqlarının tənəzzülünün izahı? 
 
- Bəli, əlbəttə ki, bu, ən vacib mexanizmlərdən biridir. Belə bir nəticəyə  gəlmişəm və bunu hamıya açıq şəkildə çatdırmağa çalışıram: qadınları lütləndirən moda etnosları, xüsusən Avropa xalqlarını depopulyasiyaya (məhv olmağa) aparır. Onların Yer üzündəki yerini isə qadınlarının iffətini və hicabını qoruyan və bununla da kişilərinə də qayğı göstərən xalqlar əvəz edir.  Və bunlar ilk növbədə müsəlman xalqlarıdır…
 
-Ancaq Afrika, Asiya və Cənubi Amerikada nəinki yarıçılpaq, tam lüt gəzən xalqlar var ... Axı oralarda qızmar bir iqlim var. Bəs onlar haqqında nə demək olar?
 
(Davamı var)

NUH informasiya agentliyi səhifəsindən çap edilib