Dərc edilib: 17-07-2021

https://www.nuh.az/29336-.html

Türk iş adamı azərbaycanlı generalı məhkəməyə verdi

17.07.2021 14:58:55

Hadisə

Türkiyəli iş adamı Oba Ali Serdar Azərbaycanın yüksək vəzifəli məmurunu məhkəməyə verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, Oba Ali Serdar Fahri oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, general-leytenant Şahin Nəbiyevlə bağlı məhkəməyə şikayət edib.  
İnzibati orqanların aktları və hərəkətləri ilə bağlı işə Naxçıvan Ali Məhkəməsində baxılacaq. 
Qeyd edək ki, 2016-cı ilin mart ayında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Şahin Nəbiyev Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib