Dərc edilib: 17-07-2021

https://www.nuh.az/29339-.html

Bakıda ana və sevgilisi 5 yaşlının DİLİNİ qopardı

17.07.2021 16:36:26

LIVE

Bakıda 5 yaşlı uşaq anası və onun sevgilisi tərəfindən zorakılığa məruz qalıb. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, hazırda uşaq Bakıdakı xəstəxanaların birindədir:
"Bu cinayət faktıdır. Bir neçə gün öncə 5 yaşlı uşaq "anası" tərəfindən nənəsinin əvvəllər işlədiyi kafedə qoyulub. İşçilər nənəyə zəng vurur ki, uşaq ölür... Uşaq xəstəxanaya travmatalogiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi DİN-ə göndərdik. Təhqiqat gedir”. 
Kamalə Ağazadə bu gün uşağın nənəsi ilə də görüşdüyünü deyib:
"Nənə uşağın qızı Səadət ilə sevgilisi Kamran tərəfindən edildiyini iddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da "məni Kamran döydü, dilimi də o dişlədi... Anam da ordaydı”, deyə bildirir. Nənənin dediyinə görə, bir dəfə də uşağa zorakılıq olub, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir..."patı”... Gerisini aidiyyatı qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam”.
Bahar Rüstəmli
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib