Dərc edilib: 18-07-2021

https://www.nuh.az/29348-.html

Vilayət Eyvazov iki rayona polis rəisi təyin etdi

18.07.2021 18:06:51

LIVE

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Füzuli Rayon Polis Şöbəsinin rəisi, polkovnik Xəqani Məmmədov vəzifəsindən azad edilərək, Siyəzən rayon polis şöbəsinə rəis təyin edilib. 

Nazirin digər əmri ilə Füzuli rayonu Polis şöbəsinə rəis vəzifəsinə isə Zaur Abbasov təyin edilib.

Qeyd edək, Z.Abbasov bu təyinata qədər Füzuli Rayon Polis Şöbəsində rəis müavini olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib