Dərc edilib: 19-07-2021

https://www.nuh.az/29352-.html

PAT-riot sözü MAT-riotla əvəzlənsin

19.07.2021 01:07:04

LIVE

İspaniyanın Əmək və sosial iqtisadiyyat naziri, baş nazirin (Pedro Sançez) müavini Yolanda Dias “vətən” ibarəsini “patria” (ata və erkək mənasında) sözü olaraq deyil, “matria” (ana) kimi adlandırmağı təklif edib.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “El Mundo” qəzeti məlumat yayıb.
 
Yolanda Diasın sözlərinə görə, “patriya” termini özü ilə bərabər ağır məşəqqətlər gətirir. ““Matria” kiminsə qayğısına qalmağı, hər kəsə eyni tərzdə yanaşmağı ifadə edir. Burada hər hansı ayrı-seçkilik də yoxdur”,-deyə ispan nazir söyləyib.
 
Yolanda Diasın sözləri ölkədə qızğın müzakirələrə səbəb olub. İspan vətəndaşlar əmək nazirinə ilk olaraq öz işi ilə məşğul olmağı məsləhət görüblər. “Heç olmasa bu qadın “Ana vətən” ifadəsinin olduğunu öyrənsin”; “Patria sözü “miras”dan (patrimonio”) gəlir onu “patriarxatla” qarışdırmayın”; “Biz Avropa Birliyində işsizliyin bütün göstəricilərinə görə liderlik edirik. Lakin görünür Yolanda Diasın daha vacib işləri var”- kimi qəzəbli statuslar sosial şəbəkələrdə populyarlıq qazanıb.
 
Xatırladaq ki, bundan öncə Ukraynada “Ukraynanın müdafiəçisi günü” (День захисників України) hərbi bayramının adı “Ukraynanın qadın və kişi müdafiəçiləri” (День захисників і захисниць України) olaraq dəyişdirilib. Hökumət bu addımı ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruyanlar arasında gender bərabərliyini qorumaq istəyi ilə izah edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib