Dərc edilib: 21-07-2021

https://www.nuh.az/29379-.html

Yararsız qurban ətini qaziyə deputat Ülvi Quliyev deyil, Yasamal bələdiyyəsi göndərib - SƏS yazısı

21.07.2021 12:33:10

Hadisə

İki gündür sosial şəbəkələrdə Milli Məclisin deputatı Ülvi Quliyevin Qarabağ qazisi Namir Həsənova yararsız qurban əti göndərməsi barədə xəbər yayılıb.


Unikal.org məsələnin əslində necə baş verdiyini araşdırıb. Bu barədə açıqlama verən qazi Namir Həsənov deyib ki, qurban payı Yasamal bələdiyyəsinin loqosu olan paketdə olub: "Mənə yaşadığım ərazidən zəng olundu ki, sizə çatacaq qurban payı var. Gedib götürdüm. Evdə baxanda gördük ki, ət iylənib. Bu səbəbdən də  MİS-ə zəng elədim ki, bu yararsız əti kim veribsə, gəlin aparın. Orda çalışan bir xanım dedi ki, Ülvi adında bir deputatın payıdır. Amma sonradan məlum oldu ki, bu məsələnin deputat Ülvi Quliyevlə əlaqəsi yoxdur. Çünki əti MİS-ə Yasamal bələdiyyəsi verib, həmin pay bələdiyyənin logosu olan paketdə təqdim olunub. Sadəcə, həmin xanım səhvən Ülvi Quliyevin adını çəkib".
Yasamal MİS-nin sözügedən xanım əməkdaşı qaziyə zəng edərək Ülvi Quliyevin adını yanlışlıqla çəkdiyini etiraf edib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib