Dərc edilib: 22-07-2021

https://www.nuh.az/29386-.html

Təbriklər, NURAY – Respublikada 3-cü, Qubada 1-ci

22.07.2021 00:48:07

Region

Təbriklər, Nuray – Respublikada 3-cü, Qubada 1-ci yer. 

 

Quba rayonu, Hikmət Hüseynov adına Quba şəhər  4 saylı orta məktəbin  IX  sinif  şagirdi Nuray Bayramzadə  buraxılış imtahanlarından 286 bal toplayaraq Quba məktəbliləri arasında 1-ci yeri qazanıb, IX  sinifi qırmızı  şəhadətnamə ilə bitirib.

Digər xoş xəbərə görə, Nuray Bayramzadə buraxılış imtahanlarının nəticəsinə görə, Respublika üzrə 3-cü olub.

Nuray eyni zamanda  fizika-riyaziyyat-informatika təmayüllü litseyin  ( FRİTL ) X sinifinə qəbul üçün  yetərli  bal  toplayıb. 

Qazandığı uğurlara görə, NUH informasiya agentliyi adından Nurayı və ailə üzvlərini təbrik edirik.

 

Uğurların bol olsun, Nuray !

NUH informasiya agentliyi səhifəsindən çap edilib