Dərc edilib: 23-07-2021

https://www.nuh.az/29394-.html

ADPU-nın dekan müavinin qardaşı vətəndaşlara külli miqdarda pul "atıb"

23.07.2021 11:00:12

LIVE

Əsədzadə Ramin adlı bir şikayətçi redaksiyaya məktub ünvanlayıb. 

Müraciətdə bildirilir ki, hardasa 2-3 il öncə Ramin Əsədzadənin problemli bir mülki iddialı ev məsələsi ilə bağlı məhkəmə işi var imiş. Bu iş Ali Məhkəmədə idi Plenuma verilməli idi. Ramin Əsədzadə, həmin vaxtda, dostlarının vasitəsi ilə özünü “Paşa Holdinqin” adından istifadə edərək oranın hüquqşünası kimi təqdim edən, Həsənzadə Mobil adlı bir şəxslə tanış olub.

Tanışlıq zamanı özünü “Paşa Holdinq”in hüquqşünası kimi təqdim edən,(oranın adından istifadə edir) Həsənzadə Mobil, hüquqşünasa ehtiyacı olan Əsədzadə Raminə söz verib ki, narahat olma sənə yaxşı hüquqşünaslar verəcəm, çoxu mənim işçilərimdir, sənin məhkəmə məsələnə kömək etsinlər.


Bunun qarşılığında 20 min manat pul ödəməlisən ki, məhkəmə hüquqşünaslar vasitəsi ilə sənin xeyrinə həll olunsun. Beləliklə maşınımı satdım, dostlardan borc aldım 20 min manatı verdim, özünü “Paşa Holdinq”in hüquqşünasınası kimi təqdim edən, Həsənzadə Mobilə. 

Bu arada Mobil, mən işlədiyim tikinti şirkətinin, MTK-nın rəhbəri ilə tanış oldu. Çay içdilər, yemək yedilər, yenə onada özünü “Paşa Holdinq”in hüquqşünasınası kimi təqdim etdi. MTK-nın rəhbərinə Ramanıda 5 Hektar torpaq sahəsini göstərdi, dedi ki, bura bizimdi satıram, elə satım sizə. Mobil adlı şəxs fürsətdən istifadə edərək, müdüründən 130 min manat pul aldı.

Daha sonra mən Mobil Həsənzadədən şübhələndim, başladım bunu maraqlanmağa, tanıyan dedi ki, o dələduzdur. Getdim Ramana Bələdiyyəsinə ki, 5 hektar torpağı satmaq adı ilə ki, müdürümdən 130 min manat alıb, onu maraqlanım görüm torpaq bunundur?

Ramana bələdiyyəsi dedi ki, belə bir torpaq yoxdur bizim balansımızda və elə bir adam tanımırıq. Daha sonra dərhal Xətai rayon polis idarəsinə şikayət verdim. Xətai polisi bunu tapıb işini ötürdü məhkəməyə. Məhkəmə də buna 2 ay 20 gün həbs verdi.

Bir neçə yerdə, Mobili rahat, sərbəst şəkildə gəzdiyini görən olsada nədənsə həbs olunmur. İş Xətai rayonu 35-ci bölməsindədir. Ramin Əsədzadə iddia edir ki, demək olar hər gün 35-ci polis bölməsinə getsədə hələdə ona müsbət cavab verən yoxdur. 

XəbərAl.az saytı xəbər verir ki, Mobil Həsənzadə həbs olunduqdan bir müddət sonra Mobilin bacısının əri gəlib Ramindən xahiş edib ki, şikayətini götür geri, ərizə yazaq çıxsın, ev dustaqlığına buraxılsın torpağı var satıb sizlərin pulun ödəyəcək. Ramində, Mobilin bacısının ərinə inanıb gedib ərizə yazıb ki, həbsdən çıxsın pullarını geri versin. O gün, bu gün artıq 10 aydır nə Mobil var nədə ki, pul. Yenidən Ramin 102  versədə, hələ də Mobili həbs edən yoxdur.

Ramin Əsədzadə XəbərAl.az vasitəsi ilə sözügedən məsələni ictimailəşdirməyimizi, ona bu işdə kömək olmağımızı, hüquq mühafizə orqanlarının Mobil Həsənzadənin həbs olunmağında fədakarlıq göstərməklərini xahiş etdi.

Xatırladaq ki, Ramin Əsədzadəyə və MTK rəhbərinə pul borclu olan özünü “Paşa Holdinq”in hüquqşünası kimi təqdim edən, hal-hazırda axtarışda olan, Mobil Həsənzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsinin dekan müavini Habil Həsənzadənin doğma qardaşıdır. Bizdə axtarışda olan Mobil Həsənzadənin qardaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsinin dekan müavini Habil Həsənzadənin mövqeyini öyrəndik.

Dekan müavini Habil Həsənzadə bizə bildirdi ki, qardaşı Mobil düzgün hərəkət etməyib, dəfələrlə bu yoldan əl çəkməyini istəmişik amma mümkün olmayıb.
Habil Həsənzadə qardaşı Mobilin, tezliklə həbs olunub cinayət məsuliyyətinə cəlb olunmağını istədi.

Habil Həsənzadə onuda bildirdi ki, o şəhid övladıdır.Əgər hansısa sayt onun adını çəksə məhkəməyə verəcəyini bildirdi. İnanırıq ki, bizim bu yazımızdan sonra Habil Həsənzadə qardaşı Mobil Həsənzadəni özü şəxsən tapıb hüquq mühafizə orqanlarına təhvil verəcəkdir. /Xeberal.az/

NUH informasiya agentliyi səhifəsindən çap edilib