Dərc edilib: 23-07-2021

https://www.nuh.az/29398-.html

Ermənilər ÇOBAN işləmək istəmir- Bəs bizimkilər ?

23.07.2021 12:04:13

LIVE

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan ölkə əhalisinin işləməməsindən gileylənib.


“Qafqazinfo” “Aysor.am”a istinadən xəbər verir ki, erməni nazirin sözlərinə görə, əhali müavinət alır, kasıb olmağa davam edir. Lakin evdə qalmağa üstünlük verərək işləmir.

O, Ermənistan əhalisinə müraciət edərək öz yaşayış tərzlərini dəyişməyə, müavinətlərdən imtina etməyə və normal kənd təsərrüfatı ilə məşğul olmağa çağırıb.

“Kəndlərdə, hətta çobanlar çatışmır. Çoban tapa bilməyən təsərrüfat sahibləri başqa ölkələrdən çoban gətirməli olur. Sevanda bir fermada çoban tapılmadığından Tacikistandan və yaxud digər ölkələrdən çoban tapıb gətirilir. Spitakda isə kənd təsərrüfatı ilə məşğul olan şirkət var. Burada da hindlilər işləyir. Kənd sakinlərinin işləmək istəmədiyi çox sayda misallar gətirə bilərəm”, - deyə V. Kerobyan qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib