Dərc edilib: 23-07-2021

https://www.nuh.az/29400-.html

Bakıda kişi arvadını amansızlıqla öldürdü və...özünü ASDI

23.07.2021 12:34:48

LIVE

Bakıda bıçaqlanma və intihar hadisəsi baş verib.

 


NUH.az    Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Quliyev Zərbəli Məmmədhüseyn oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Tatardinova Lyudmila Alekseyovnaya çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Daha sonra Z.Quliyev özünü kəndirlə asaraq intihar edib.

***

Xəzər rayon prokurorluğunudan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 23-ü saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyiti tapılıb.

Müəyyən edilib ki,  zərərçəkmişin tanışı 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq  davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib