Dərc edilib: 23-07-2021

https://www.nuh.az/29407-.html

Vaqif Axundovun bacısı oğlu həbs edildi

23.07.2021 22:54:43

İqtisadiyyat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb. 


Baş Prokurorluqdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib