Dərc edilib: 24-07-2021

https://www.nuh.az/29423-.html

Səməd Səmədov vəfat etdi

24.07.2021 19:48:39

LIVE

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.


NUH.az   xəbər verir ki, bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib. 

 

"Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.

Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. 

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib