Dərc edilib: 25-07-2021

https://www.nuh.az/29437-.html

Daşkəsəndə toyda 23 yaşı qonağı öldürdülər

25.07.2021 18:15:38

LIVE

Daşkəsən rayonunda toy mərasimində qətl törədilib.


“Qafqazinfo” xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Alaxançallı kəndində baş verib.

Kəndin köhnə və istifadə olunmayan stadionunda toy təşkil edilib.

Toyda baş verən münaqişə zamanı qonaqlardan biri - 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs oradan qaçıb və hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib