Dərc edilib: 25-07-2021

https://www.nuh.az/29442-.html

İngiltərə ordusunda qadın əsgərlərə qarşı cinsi təcavüz

25.07.2021 23:09:42

LIVE

İngiltərə ordusunun “qadın əsgərləri qoruya bilmədiyini” ortaya qoyan hesabat yayımlanıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin hesabatına əsasən, silahlı qüvvələrdəki  hər üç qadından ikisi karyerası ərzində zorakılığa, cinsi istismara və ayrı-seçkiliyə məruz qalır.

Parlamentdə orduda məruz qaldıqları hadisələri danışan keçmiş və indiki qadın heyət üzvlərinin 62 faizi “qəbuledilməz davranışlarla” üzləşdiklərini deyiblər.

Cinsi təklifləri rədd etdikləri üçün necə zorakılığa məruz qaldıqlarını bildirən bəzi qadınlar kişi qrupları tərəfindən hücumlarla üzləşdiklərini, ancaq bunu bildirməkdən qorxduqlarını deyiblər.

Bildirilib ki, qadınların cinsi təcavüzə məruz qalması ehtimalları kişilərdən 10 dəfə çoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib