Dərc edilib: 25-07-2021

https://www.nuh.az/29443-.html

Naziri döyüb öldürdülər - ŞOK

25.07.2021 23:20:27

LIVE

Rusiyanın Amur vilayətinin rəqəmsal inkişaf və rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

Modern.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Amur vilayətinin qubernatoru Vasiliy Orlov A. Kurdyukovun ötən gecə vəfat etdiyini bildirib.

Qeyd edək ki, A. Kurdyukov ötən həftə "Berloqa” turizm bazasındakı davada iştirak etmiş, daha sonra aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

A.Kurdyukovun 40 yaşı var idi. O, Rusiyada ən gənc nazirlərdən hesab olunurdu. Bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat almışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib