Dərc edilib: 26-07-2021

https://www.nuh.az/29452-.html

İsmayıllıda sürücü polisi möhkəm döydü

26.07.2021 18:43:09

Kriminal

İsmayıllı rayon sakini Ruslan Maxsudov  polis əməkdaşını döyüb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 24-də baş verib.


Belə ki, İsmayıllı şəhərinin M.Orucov küçəsində 90-MP-065 dövlət qeydiyyat nişanlı, “BMW X5” markalı avtomobilin sahibi Ruslan Maxsudov polis əməkdaşı Bəhram Bəhramlının əmrinə tabe olmayıb.

O,  DYP Bölməsinin yol patrul xidməti inspektoru B.Bəhramlıya müqavimət göstərməklə əlləri ilə polis əməkdaşının üz və boyun nahiyəsinə zərbələr endirərək bədən xəsarətləri yetirib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə istintaq davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib