Dərc edilib: 26-07-2021

https://www.nuh.az/29455-.html

Elin Süleymanov İngiltərəyə səfir təyin olundu

26.07.2021 23:59:20

LIVE

Prezident İlham Əliyev Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfirinin və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Elin Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

***

Dövlət başçısının digər sərəncamı ilə Elin Süleymanov Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib