Dərc edilib: 27-07-2021

http://www.nuh.az/29462-.html

Bakıda axtarışda olan şəxs özünü partlatdı - 3 polis yaralandı

27.07.2021 17:24:18

Hadisə

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

APA   xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.
Axtarışda olan şəxs "Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.
Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.
Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.
Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib