Dərc edilib: 29-07-2021

https://www.nuh.az/29475-.html

Zərdabda bəylə gəlini toya buraxmadılar

29.07.2021 01:31:30

LIVE

Zərdabda vaksinasiya prosesi ilə bağlı rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında monitorinq keçirilib.


 Report-un  məlumatına görə, məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib