Dərc edilib: 29-07-2021

https://www.nuh.az/29478-.html

Daha müxalifətçiliyə ehtiyac qalmayıb

29.07.2021 02:17:39

LIVE

Bu günlərdə səksən yaşını qeyd edən Xalq artsiti Flora Kərimova Meydan TV-nin suallarını cavablandırıb.


Gununsüsi.info-nun xəbərinə görə, Flora Kərimova iqtidar-müxalifət münasibətləri, bir zamanlar özünün müxalifətçi olması haqqında da danışıb.

“Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət – əsl, əldəqayırma yox – çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət – intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar.”

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib