Dərc edilib: 29-07-2021

https://www.nuh.az/29479-.html

Ukraynada təyyarə evin damına düşdü - Ölənlər var

29.07.2021 09:30:03

LIVE

Ukraynada kiçik bir təyyarə evin damına düşüb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Prikarpatya bölgəsində baş verib.

Qəza nəticəsində dörd nəfər həyatını itirib.

Bölgəyə çox sayda xilasedici və polis cəlb edilib.

Təyyarənin düşməsi nəticəsində evdə yanğın baş verib. Briqadalar yanğının söndürülməsinə cəlb edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib