Dərc edilib: 29-07-2021

https://www.nuh.az/29481-.html

Hafiz Hacıyevi xaricə apardılar

29.07.2021 13:08:18

LIVE

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin uzun müddətdən bəri siyasi arenada görünməməsinin səbəbi məlum olub.

Tanınmış siyasətçi səhhətində yaranmış problemlərə görə siyasi proseslərdən təcrid olunub.
Müasir Müsavat Partiyası sədrinin müavini Könül İsmayılovanın sözlərinə görə, Hacıyev səhhəti ilə əlaqədar xarici ölkələrdən birinə üz tutub. Hazırda onun həkim nəzarətində olduğu bildirilir.
Səhhəti ilə maraqlanmaq üçün siyasətçi ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmadı. /YeniSabah

NUH informasiya agentliyi səhifəsindən çap edilib