Dərc edilib: 30-07-2021

https://www.nuh.az/29488-.html

Vaksin vurduranlara 100 dollar

30.07.2021 10:44:33

LIVE

ABŞ Prezidenti Co Bayden ştat administrasiyalarını yeni vaksinasiyadan keçən hər amerikalıya 100 dollar ödəməyi təklif edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xəzinə Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, mart ayında həyata keçirilən 1,9 trilyon dollarlıq xilasetmə paketi çərçivəsində koronavirusun mənfi təsirləri ilə mübarizə üçün ştat və yerli idarəçiliklərə 350 milyard dollarlıq maliyyə qaynağı ayrılıb.

“Prezident Bayden ştat, bölgə və yerli administrasiyalara vaksinasiya səviyyəsini artırmaq, icmaları qorumaq və həyatları xilas etmək üçün əlavə bir təşviq olaraq yeni vaksinasiyadan keçən hər amerikalı üçün 100 dollar ödəniş etməyə çağırır”, - nazirliyin açıqlamasında deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib