Maşın kafeyə girdi: 1 ölü, 6 yaralı - VİDEO
Fransanın paytaxtı Parisdə idarəetmədən çıxan avtomobil kafenin ərazisinə girib.
APA şəhər polisinin yaydığı məlumata əsasən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə Parisin 17 -ci məhəlləsindəki Sofrois küçəsində baş verib. Sürücünün maşını qəza yerində qoyaraq qaçdığı bildirilib.