Dərc edilib: 31-07-2021

https://www.nuh.az/29499-.html

İmişlidə polisi boğazından, qarnından və ...bıçaqladılar

31.07.2021 10:38:44

LIVE

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.


APA   xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

İmişli rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.

Polis serjantı Qurban Qurbanova çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib