Dərc edilib: 01-08-2021

https://www.nuh.az/29508-.html

Eldar Əzizov gedir - Yeni Bakı meri xanım olacaq...

01.08.2021 00:46:47

LIVE

Yaxın günlərdə Bakı meri Eldar Əzizov vəzifədən uzaqlaşdırılacaq.


Bu barədə Bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, Eldar Əzizovun bütün çabaları heç bir nəticə verməyib və onun ən yaxşı halda Nazirlər Kabinetində müşavir, ya da Rusiyaya səfir təyin olunması mumkundür. 

Yeni merin kimliyinə gəlincə mənbə bildirir ki, onun xanım olacağı barədə ilkin məlumatlar var.

Böyük ehtimalla yeni mer Abşeron Rayon İcra Hakimiyyərinin  başçısı İradə Gülməmmədovanın adı çəkilir. İradə Gülməmmədova uzun zamandır Bakı meri olmaq uçün çalışır. Onun bu posta təyinatı üçün heç bir əngəl yoxdur.

Qeyd edək ki, uzun aylardır Eldar Əzizovun fəaliyyətində zəifləmə müşahidə olunur, mətbuatda görünmür, tədbirlərə qatılmır və problemlərin həllində adı çəkilmir. Sakit köşəyə çəkilməklə işini bitmiş hesab edir.

Hətta onun səhhətində ciddi problemlərin olması barədə malumatlar var. 

Deyilənlərlə bağlı Eldar Əzizovun fikirlərini işıqlandırmağı çox istərdik. Amma və lakin mer mətbuata açıq deyil və onun qapısında xüsusi mühafizə var.

Mətbuat xidməti isə ançaq mail ünvanlarına "tədbir xəbərləri" - sabunlanmış asfalt, su maşınları, və mənasız tədbirlər yazısı və rus rubulu fotosu göndərməklə işini bitmiş hesab edir.

Sanki müstəqil, reklamla işləyən mətbuat bunların xəbərlərini işıqlandırmağa borcludur. 

Odur ki, E.Əzizovun fikirlərini eşitməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib