Dərc edilib: 01-08-2021

https://www.nuh.az/29514-.html

Bir gündə 8,5 milyard ton buzlaq əridi - ŞOK

01.08.2021 11:03:35

LIVE

Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.

Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.

Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb – 19,8 dərəcə.

Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib