Dərc edilib: 01-08-2021

https://www.nuh.az/29523-.html

Jirinovski İlham Əliyevi müdrik insan adlandırdı

01.08.2021 20:02:20

LIVE

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Azərbaycan tərəfindən verilən nota ilə bağlı çıxış edib.


“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevi müdrik insan adlandırdığını deyib:

“Heydər Əliyev də yaxşı insan olub. Mən həm İlham Əliyevi, həm də Heydər Əliyevi tərifləmişəm”.

Qalmaqallı siyasətçi bildirib ki, onun öz fikrini ifadə etmək azadlığı var.

“Bakıya toxunmayacam, etiraz notası olar. Ermənistana toxunmayacam. Ümumiyyətlə, susub onları tərifləməliyik?”, - deyə Jirinovski çıxışını bitirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib